CTI Intertabac Dortmund sərgisində iştirak edib

As a part of its expansion plan to foreign markets, CTI has started to participate in trade fairs, business forums, and other activities.

Cahan Tobacco International özünün ixrac potensialını gücləndirməklə ölkəyə xarici valyuta axınını artırmaq və yerli iqtisadiyyata dəstək verməyi özünün prioritetlərindən birinə çevirmişdir və bir neçə ildir ki, bu istiqamətdə geniş miqyaslı işlər görməyə başlamışdır. Bu tədbirlərdən biri də 20-22 sentyabr 2019-cu il tarixlərində Almaniyanın Dortmund şəhərində təşkil edilmiş dünyanın ən böyük tütün sərgilərindən biri olan İnterTabac sərgisində iştirak etməsidir. İnterTabac Dortmund dünyanın ən böyük tütün şirkətlərinin təmsil olunduğu sərgidir və Cahan Tobacco International ilk dəfədir ki, bu sərgidə iştirak edib. Bu il İnterTabac sərgisində dünyanın hər yerindən 600-dən çox tütün şirkəti iştirak etmişdir və Cahan Tobacco International da bu şirkətlərdən biri olaraq “Made in Azerbaijan” brendi altında Azərbaycanı təmsil etmişdir. Şirkət sərgidə beynəlxalq səviyyədə rəqabətə davamlı yerli siqaretlərini, Naxçıvan tütünündən hazırlanmış Azərbaycanın ilk yerli qəlyan brendi olan Shakh qəlyan tütününü və Naxçıvanda yetişdirilən Virciniya və İzmir sortu tütünlərini sərgiləmişdir.

Şirkətin sərgilədiyi bütün məhsullar sərgi iştirakçıları tərəfindən çox müsbət qarşılanmışdır. Xüsusilə, İraq, Almaniya, BƏƏ, Böyük Britaniya, Ukrayna, Mərakeş, Suriya, Polşa, ABŞ, Serbiya, Tayvan kimi ölkələrdən məhsullarımıza böyük maraq göstərilmişdir. Artıq bu istiqamətdə danışıqlar başlamış və ilkin addımlar atılmışdır.

Cahan Tabak Beynəlxalq bundan sonra da beynəlxalq sərgilərdə iştirak etməklə “Made in Azerbaijan” markalı məhsullarını dünya bazarlarında təqdim və təbliğ etməyə, o cümlədən ölkə iqtisadiyyatına öz töhfəsini verməyə davam edəcəkdir.

"CTI"-ın TABEXPO Amsterdam sərgisində iştirakı haqda oxuyun
 

CTI yeni Line X siqaret məhsulunu təqdim etdi

“Cahan Tobacco International” 4 noyabr 2019-cu il tarixində bazara yeni “Line X” markalı siqaretini təqdim edib.
Daha ətraflı

CTI Intertabac Dortmund sərgisində iştirak edib

As a part of its expansion plan to foreign markets, CTI has started to participate in trade fairs, business forums, and other activities.
Daha ətraflı

Sizi InterTabac 2019 Dortmund sərgisində CTI stendinə dəvət edirik

Cahan Tobacco International 20-22 sentyabr 2019-cu ildə Dortmundda təşkil olunacaq beynəlxalq tütün sərgisində iştirak edəcək.
Daha ətraflı

CTI Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində iştirak edib

"Cahan Tobacc International" 15-17 may 2019-cu il tarixində "Baku Expo Center"də təşkil edilmiş 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Səgisində iştirak edib.
Daha ətraflı

"Cahan Tobacco International" tütün əkiminə başlayıb

CTI-ın Tütün Yetişdirmə Mərkəzi tütün
Daha ətraflı

İndoneziyanın Azərbaycandakı səfiri CTI-ın fabrikini ziyarət edib

İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Husnan Bey Fanani Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri zamanı "Cahan Tobacco International"ın Naxçıvandakı siqaret fabrikini ziyarət edib
Daha ətraflı

Cahan Tobacco International yeni "Want White" siqaretini bazara təqdim edib

Cahan Tobacco International yeni "Want White" siqaretini bazara təqdim edib
Daha ətraflı