Tütün
Cahan Tobacco International tərəfindən tütünçülükdə ən son texnologiya və aqronomiya üsulları tətbiq edilir.
Missiyamız
Naxçıvanda tütünçülüyə qoyulmuş investisiyalar ilə və tətbiq etməkdə olduğu müasir istehsal təcrübələri ilə yetişdirilən Oriental və Virciniya tütün çeşidlərini həm daxili bazarda, həm də ölkə xaricində satmaqla ölkə iqtisadiyyatına töhfə verən yeganə siqaret şirkəti olmaq.Tütün Yetişdirmə Mərkəzi
“Cahan Tobacco International”a məxsus Tütün Yetişdirmə Mərkəzi 2017-ci ildən Naxçıvan Muxtar Respublikasında yenidən tütün əkilməsinə başlayıb.
“Cahan Tobacco International” tərəfindən tütünçülükdə ən son texnologiya və aqronomiya üsulları tətbiq edilir.
26 il sonra Naxçıvanda “Cahan Tobacco Internatıonal” tərəfindən başladılmış tütünçülük layihəsində bütün dünyada məşhur olan Türkiyənin İzmir Oriental və ABŞ-ın Virciniya tütün çeşidləri yetişdirilməkdədir. Layihə müddətinin ikinci ilində klassik İzmir Oriental tütününün keyfiyyəti əldə olunmuşdur.
Həmçinin layihənin ikinci ilində yüksək keyfiyyətli Virciniya tütünü Cahan Tobacco International tərəfindən yerli istehsalda istifadə olunur.