İxrac

Export process at CTI
Active export activities started in early 2017 and currently, CTI are in talks with more than 10 countries to expand its export network

“Cahan Tobacco International” dayanıqlı biznes inkişaf istiqaməti quraraq gələcəyə yönümlü strategiyaları ön planda tutur. Bunlardan biri də şirkət tərəfindən beynəlxalq standartlara uyğun istehsal olunan yüksək keyfiyyətli siqaretlərin ixracıdır. Fabrikin ixrac potensialından istifadə olunması ilə həm yerli siqaretlərin bazarının daha da genişləndirilməsi, həm də ölkəyə xarici valyutanın gətirilməsi vasitəsilə milli iqtisadiyyatımıza dəstək olmaq əsas məqsədlərimizdən biridir. Bu istiqamətdə hazırlıq işlərinə 2017-ci ilin sonlarında başlanılmış və CTI-a məxsus bəzi brendlərin ixrac prosesinə start verilmişdir. 2019-cu ilin aprelində CTI məhsullarının ilk ixracı reallaşmış və “Fine Ultimate” və “Fine Sunset” çeşidləri Səudiyyə Ərəbistanına ixrac edilmişdir. Bununla yanaşı ixrac potensialının artırılması üçün bir neçə şirkətlə danışıqlar davam etdirilir.