“Cahan Tobacco International” “InterTabac 2025” sərgisində uğurla təmsil olundu!
“Cahan Tobacco International” “InterTabac 2025” sərgisində uğurla təmsil olundu!
“Cahan Tobacco International” InterTabac 2025-də “Made in Azerbaijan” məhsullarını təqdim edərək beynəlxalq tərəfdaşların marağını qazanıb və yeni əməkdaşlıqlar üzrə ilkin danışıqlara başlayıb.
18–20 sentyabr tarixlərində Almaniyanın Dortmund şəhərində keçirilən dünyanın ən böyük tütün sərgilərindən biri olan “InterTabac 2025”-də “Cahan Tobacco International” artıq üçüncü dəfə iştirak etdi.
Şirkət “Made in Azerbaijan” markası altında yerli istehsal olan siqaretlərini təqdim edərək, ziyarətçilərin və ixracatçıların böyük marağı ilə qarşılandı.
Bu ilki sərgidə dünyanın müxtəlif ölkələrindən – İtaliya, Böyük Britaniya, Almaniya, BƏƏ, Ukrayna, Polşa, ABŞ, Serbiya və Monqolustan kimi bazarlardan olan tərəfdaşlar şirkətin məhsullarına xüsusi maraq göstərdilər. Bu istiqamətdə artıq ilkin danışıqlara başlanılıb.
“Cahan Tobacco International” olaraq biz ixrac potensialımızı gücləndirmək, ölkəyə valyuta axınını artırmaq və yerli iqtisadiyyata dəstək olmaq məqsədilə beynəlxalq sərgilərdə fəal iştirak etməyə və “Made in Azerbaijan” brendi ilə ölkəmizi dünya bazarlarında layiqincə təmsil etməyə davam edəcəyik.
İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Husnan Bey Fanani Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri zamanı "Cahan Tobacco International"ın Naxçıvandakı siqaret fabrikini ziyarət edib
Tütün yarpaqlarının zamanında qırılması onun siqaretdə xammalı şəklində düzgün istifadəsində ən vacib məqamlardan biri sayıla bilər. Belə ki, siqaretin keyfiyyəti birbaşa tütün yarpaqlarının zamanında yığılmasından və düzgün qurudulmasından asılıdır.
Cahan Tobacco International artıq üçüncü dəfədir ki, dünyanın 20-dən çox ölkəsindən qida, tütün və digər qida məhsulları üzrə aparıcı istehsalçıların ən mühüm görüş yerlərindən biri olan "InterFood" sərgisində iştirak etdi.
Sənayədə, xüsusilə də aqrar sahəsində tütün istehsalı mühüm əhəmiyyət daşıyır. Naxçıvan MR-da da bu gün bu sahə üzrə inkişafa nail olunur, tütün əkini sahələri genişləndirilir.
“InterTabac” dünyanın ən böyük tütün şirkətlərini təqdim edən sərgidir, bu il “InterTabac” sərgisində dünyanın hər yerindən 500-dən çox tütün şirkəti iştirak etmişdir.
Sənayədə, xüsusilə də aqrar sahəsində tütün istehsalı mühüm əhəmiyyət daşıyır. Naxçıvan MR-da da bu gün bu sahə üzrə inkişafa nail olunur, tütün əkini sahələri genişləndirilir.
"CTI" Tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş Dövlət Proqramı-nı əsas götürərək 2017-ci ildən etibarən Naxçıvan MR-da yenidən tütün əkilməsinə başlayıb.
“Cahan Tobacco International” mayın 18-20 tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində iştirak edib.
Xarici bazarlara genişlənmə planının bir hissəsi olaraq, CTI ticarət yarmarkalarında, biznes forumlarında və digər tədbirlərdə iştirak etməyə başlamışdır.
"Cahan Tobacc International" 15-17 may 2019-cu il tarixində "Baku Expo Center"də təşkil edilmiş 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Səgisində iştirak edib.
"Cahan Tobacco İnternational" 2021-ci ilin sentyabr ayında özünün Keno Club ailəsinin yeni “Keno Club Metallic series” siqaretlər seriyasını bazara çıxarıb.